YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Madriddə İspaniya Senatının sədri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində İspaniya Senatının sədri Pio Qarsia Eskudero ilə görüşüb.

QMİ sədri konfransın keçirilməsində göstərdiyi dəstəyə görə İspaniya hökumətinə təşəkkür edib. Bildirib ki, Azərbaycan ilə İspaniya arasındakı mövcud münasibətlər gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini deməyə əsas verir.

Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını İspaniya Senatının sədrinə və ispan xalqına çatdırıb və onu Azərbaycana dəvət edib.

Senatın sədri Pio Qarsia Eskudero “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın xalqlarımız arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağına inandığını bildirib.

Görüşün sonunda Senatın sədrinə xatirə hədiyyəsi təqdim olunub.