YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Güzəştlərin əsas məqsədi iqtisadi səmərəliliyin yüksəldilməsini təmin etməkdir

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas məqsəd və vəzifə Vergilər Nazirliyinin işini və vergi qanunvericiliyini iqtisadi artımın və sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların səmərəli təşviqinə yönəltməkdir. Bu məqsədlə yanaşı, şərtlərin və bərabər vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi qəbul edilir. Xüsusilə bu il özəl və qeyri-neft sektorlarında təklif olunan vergi güzəştlərinin islahatı da bu sahəyə yönəldilib”. Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabarov bildirib ki, əmək bazarının və əməkhaqqı sisteminin şəffaflaşdırılmasını güclü vergi stimullarının yaradılmasında görürük. Digər istiqamət kimi, vergidən yayınmanın miqyasının azaldılması, uçotun bərpası, mal dövriyyəsinin sənədləşdirilməsi, idxal aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə effektiv vergi nəzarətinin təmin olunması müəyyənləşib.

“Başqa bir  istiqamət vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsindən ibarətdir. Növbəti istiqamətimiz vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsidir. Sirr deyil ki, iqtisadiyyatımızın bir çox sahələrinə ayrı-ayrı iqtisadi sahələrin inkişafını təmin etmək üçün vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin əsas məqsədi, bir qayda olaraq, iqtisadi səmərəliliyin yüksəldilməsini təmin etməkdir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq. Son istiqamət olaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergi bazasının genişləndirilməsilə, inzibatçılığının təkmilləşdirilməsilə vergi yığımının yaxşılaşdırılması və artırılması nəzərdə tutulub. Bu problemlərin həlli üçün 2019-cu ildə vergi siyasətinin 5 başlıca istiqaməti müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci istiqamət olaraq vergi tutma bazasının genişləndirilməsi, sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Vergi Məcəlləsinə edilən və təklif olunan bütün dəyişikliklər məhz bu istiqamətlərdən qaynaqlanır”-deyə, nazir vurğulayib.