YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezident Administrasiyası: Azərbaycanla üçtərəfli əməkdaşlıq formatları regionun inkişafına xidmət edir

Azərbaycanla üçtərəfli əməkdaşlıq formatları regionun inkişafına xidmət edir.

Bubu özəl olaraq Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeud olunub ki, Türkiyə-Gürcüstan-Azərbaycan, Türkiyə-İran-Azərbaycan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi formatlar mövcuddur:

“Azərbaycanla əməkdaşlıq formatları çox vacibdir”.

Bundan başqa, administrasiyadan bildiriblər ki, Azərbaycanın üçtərəfli formatlarda iştirakı bu ölkənin təkcə Türkiyə üçün, formatlara daxil olan digər ölkələr üçün də vacibliyini təsdiq edir.

Azərbaycanın Türkiyə üçün vacibliyi barədə vurğulanıb ki, bu ölkə etibarlı siyasi və iqtisadi tərəfdaşdır:

“Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır”.