YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Çexiya arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr var

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 15-də Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin olduğunu söyləyib. Oqtay Əsədov deyib ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsində oynadığı rolu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov 20 ildən artıqdır davam edən bu münaqişənin hələ də öz ədalətli həllini tapmadığını diqqətə çatdırıb. Milli Məclisin sədri rəsmi Praqanın bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, 2013-cü ildə Çexiya parlamentinin Deputatlar Palatasının Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Deputatlar Palatası sədrinin müavini Voytex Filip deyib ki, son dövrlər ölkələrimiz arasında münasibətlər həqiqətən də inkişaf edir. O, ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. V.Filip Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.