YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir

Noyabrın 17-də Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri iştirak edirlər.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı müvafiq dövlət qurumlarının araşdırmalarının dinləniləcəyini bildirib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək ermənilərin işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərinin nəticələri barədə məlumat verib.‎