YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini yenə pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

Erməni silahlı bölmələri oktyabrın 15-də və 16-da gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.