YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dünya Bankı ilə birgə ali təhsil sahəsində yeni layihəni müzakirə edir

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxır. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində bu istiqamətdə yeni layihələr elan olunacaq.

Nazir qeyd edib ki, ali təhsil sistemində bır sıra işlər həyata keçirilib, mövcud ixtisaslara yenidən baxılıb, buna uyğun olaraq tədris proqramları təkmilləşib. Boloniya prosesinə müvafiq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək.

M.Cabbarov onu da əlavə edib ki, hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir.