YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə AŞPA-nın komitə iclasları keçiriləcək

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, miqrasiya, qaçqınlar və məcburi köçkünlər, sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək.

Tədbirlərdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclaslarda milli azlıqların hüquqlarının qorunması, cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, gender bərabərliyinin qorunması, insan alveri ilə mübarizə, miqrasiya böhranının aradan qaldırılması, Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, insan hüquqları, demokratiya və informasiya cəmiyyəti, internetin idarə olunması və insan hüquqları, demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcəklər.

DİGƏR Xəbərlər Arxiv