YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Meksikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları prezidenti Andres Manuel Lopez Obradorun andiçmə mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, mərasimdə bir sıra dövlət başçıları, yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüşdə E.Məmmədyarov Prezident İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.