YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doqquz ayda 4,5 milyon tondan çox yük qəbul edilib və yola salınıb

Cari ilin ilk doqquz ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 4 milyon 515 min ton yük aşırılıb.

Limanın mətbuat xidmətindən  bildiriblər ki, həmin həcmin 858 min tonu Dübəndi terminalında aşırılan neft və neft məhsulları təşkil edib.

Digər 2 milyon 725 min ton yük isə Bərə terminalından keçən vaqonlar və digər təkərli texnikalar vasitəsilə aşırılıb. Həcmin qalan 930 min tonu quru yük terminalı vasitəsilə aşırılan yüklərdən ibarətdir.

Yanvar-sentyabr aylarında liman körpüləri vasitəsilə 1413 TEU konteyner qəbul edilərək yola salınıb. Həmçinin bərə terminalında 45 min 986 vaqon aşırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz azdır.

Müşahidə olunan azalmalar əsasən mövsümi amillərlə bağlıdır.