YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gintaras Visotskas: Humanitar Forumda iştirak üçün Bakıya dəvət olunmusunuzsa, imtina etməyin

Litvanın www.slaptai.lt internet portalında saytın rəhbəri Gintaras Visotskasın “Azərbaycan paytaxtı intellektuallar üçün cazibə mərkəzinə çevrilir” sərlövhəli məqaləsi yerləşdirilib.

Tanınmış Litva jurnalisti G.Visotskas yazır: “ Əgər siz oktyabr və ya noyabr aylarında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanın paytaxtına dəvət olunmusunuzsa, imtina etməyin. Peşman olmazsınız. Bu forum Avropada və ya ABŞ-da keçirilən buna bənzər humanitar diskussiyalardan əsla geri qalmayan, güclü təəssürat yaradan bir tədbirdir”.

Məqalə müəllifi qeyd edir ki, Avropa, Amerika və Asiyadan olan nüfuzlu siyasətçilər, alimlər, iqtisadçılar, dini liderlər ənənəvi Bakı Forumunda dünya miqyasında ən çox narahatlıq doğuran fəlakətlər barədə diskussiyalar aparır, kəskin, ikimənalı və ağrılı mövzular ətrafında açıq və ədalətli mübahisə aparırlar. Humanitar forumun iştirakçıları getdikcə daha ucadan belə bir fikir səsləndirirlər: Bakı Forumu bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair diskussiyaların aparıldığı intellektual Davosa çevrilir.

Litva jurnalisti vurğulayır ki, Forum iştirakçılarının fikrincə, Azərbaycan paytaxtında formalaşan humanizm və tolerantlıq ideyalarının inkişafı ənənəsinin davamı olmalıdır: 2010-cu ildə başlanan Bakı Beynəlxalq Humanitar Forumu hələ uzun illər fəaliyyət göstərməldir. G.Visotskas yazır: “Azərbaycan Prezidenti İlham Əliyev plenar sessiyanı açaraq vurğulayıb ki, Forum işini mütləq davam etdirəcək, çünki o, hamımıza, sülhə, tolerantlığa və qarşılıqlı etimada can atan hər kəsə lazımdır”.

G.Visotskas belə bir faktı qabardır: ötənilki forum ilə müqayisədə IV Humanitar Forum diqqəti “dünya hərbi münaqişələri dayandırmaq iqtidarındadırmı?” mövzusunda diskussiyalar üzərində cəmləşdirib. Xorvatiyanın sabiq prezidenti Stipe Mesiç diqqəti imperiya həsrəti, özgə torpaqlarını qəsb etmək hissi ilə yaşayan ölkələrin bu arzularını boğmaq məqsədi ilə beynəlxalq birliyin göstərə biləcəyi səylərə yönəldib.

Estoniyanın və Latviyanın sabiq prezidentləri də vurğulayıblar ki, narahat zəmanəmizdə həmrəylik, bir-birinə hörmət və tolerantlıq hisslərinin axtarılması müasir dövrün ən mühüm və aktual vəzifələrindən biridir.

G.Visotskas forumun açılışında Prezident İlham Əliyevin parlaq çıxışını xüsusi vurğulayıb.

Litva jurnalisti məqalənin sonunda vurğulayır ki, süni maneələrə və təxribatlara baxmayaraq, rəsmi Bakı son 20 ildə sanballı siyasi, iqtisadi və mədəni qələbələr qazanıb. Azərbaycanın nailiyyətləri həm də buna görə mümkün olub ki, ölkə neft və qaz ehtiyatlarından səmərəli istifadə edib.