YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atəşkəs rejimi sutka ərzində 14 dəfə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

Erməni silahlı bölmələri oktyabrın 16-da və 17-də gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəşə açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.