YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.

2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

Bu haqda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

Səfir Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların dekabrın 4-dən 6-dək Bakıda keçirilmiş mərhələsini şərh edərək bildirib ki, “danışıqlar səmərəli olub”.

Bu gün həm də sektorial məsələlərə dair videokonfrans keçirilib.

Diplomat qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.