YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycan həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir

Gələn həftə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirənin açılışındakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı artıq tədbirlər planı da hazırlanıb.

M.Pənahov qeyd edib ki, bütün addımları atmağa başlayanda onların qanunverciliyin tələblərinə uyğun olması üçün MSK tədbirlər görməyə, maarifləndirici işlər aparmağa başlayıb.

MSK sədri bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib: "Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb. Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır".

Onun fikrincə, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.