YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir. YAP-ın Beynəlxalq əlaqələr şəbəsinin  müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Mirzəcan Xəlilov və Sevinc Hüseynova, YAP Gənclər Birliyi ofisinin rəhbəri Fərid Nəsibov daxildir.

Nümayəndə heyəti ilk olaraq Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan ilə görüşub.

 Sonra YAP nümayəndə heyətinin üzvləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Kütləvi səfərbərlik üzrə mərkəzi komissiyanın rəhbəri xanım Truong Thi Mai ilə görüş keçiriblər. Görüşlərdə partiyalar arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, eləcə də əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bir neçə il öncə tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması münasibətlərin inkişafında vacib rol oynayır. Həmçinin, hər iki ölkənin hakim partiyalarının İCAPP çərçivəsində fəal əməkdaşlığının əhəmiyyəti vurğulanıb. 

Görüşlərdə Vyetnamın Azərbaycandakı inkişaf proseslərini diqqətlə izlədiyi bildirib və bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərində YAP-ın Sədrinin parlaq qələbə qazanmasının xalqın bu partiyaya inamının ifadəsi kimi dəyərləndirilib.

Görüşlərdə YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inam ifadə olunub və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Daha sonra YAP-ın nümayəndə heyəti Vyetnam  Milli Assambleyasının Xarici əlaqələr komitəsinin rəhbər şəxsləri ilə görüşüblər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 12-də isə nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Vyetnamdakı  Səfirliyinini  ziyarət ediblər.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 14-də başa çatacaq.