YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada və İstanbulda yad olunub

Azərbaycan xalqının Ümummilli Liderinin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Parkında anım mərasimi təşkil olunub. Ulu Öndərin parkdakı abidəsi önünə əklillər qoyulub.

Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyətin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında da anım tədbiri təşkil olunub. Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər qurumlarımızın təmsilçiləri, diplomatlar, ziyalıları, QHT və KİV təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstəriblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi önünə də gül dəstələri qoyulub, xatirəsi yad olunub.