YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Braziliyanın ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.