YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər

“Trans-Adriatik” (TAP) boru kəməri təbii qazın qiymətinə müsbət təsir göstərə bilər.

Bu barədə TAP-ın Albaniya üzrə meneceri Michele Elia deyib. O bildirib ki, TAP dəyəri 4,5 milyard avro olan və dünyanın ən vacib infrastruktur layihələrindən biridir: “80 faizdən çoxu icra olunan layihə üzrə yeni iş yerləri yaradılıb, boru kəmərinin keçdiyi ölkələrdə sərmayə qoyuluşları həyata keçirilib. Dövlət maliyyələşməsini tələb edən və torpaq üzərində böyük təsirləri olan digər infrastruktur layihələrindən fərqli olaraq, TAP tamamilə özəl kapital ilə maliyyələşdirilir və demək olar ki, gözə görünməzdir. TAP qiymətlərə də müsbət təsir göstərə bilər. Bu, iqtisadiyyatın sadə bir qanunudur. Əgər bazarda yalnız bir satıcısı varsa, qiyməti o təyin edər. Lakin başqa satıcı daha rəqabətli bir qiymət təklif edərsə, bu, istehlakçı üçün yaxşıdır”.