YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, nazir sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, iclasda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında altı aylıq sədrliyinin yekunları müzakirə olunacaq.

Bundan başqa, iclas zamanı iqtisadi əməkdaşlıq sahəsində bir çox regional məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, səhiyyə kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.