YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüşüb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov görüşdə çıxış edərək belə tədbirlərin dövlət-din münasibətlərinin daha da inkişafına xidmət etdiyini bildirib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov rayondakı dini vəziyyət, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O qeyd edib ki, müxtəlif dini konfessiyaların yaşadıqları rayonda icmalar arasında tolerant münasibətlər mövcuddur.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdış prosesi sürətlənib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra respublikamızda dinə münasibət tamamilə dəyişib. Ölkədə milli mənəvi dəyərlərə, dinə hər zaman hörmətlə və qayğı ilə yanaşılıb.

Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışan M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir.

Komitə sədri vurğulayıb ki, hazırda Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı yaşamalarını görə bilərik.

Milli Məclisin deputatı Rauf Əliyev və din xadimləri görüşdə çıxış edərək ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən, milli mənəvi dəyərlərimizə dövlət qayğısından danışıblar.

 

DİGƏR Xəbərlər Arxiv