YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Bu gün Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə  çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Milli Məclisin sədri Oqtay Əsədovun təşəbbüsü ilə imzalanan bu sənəd parlamentlə Şura və QHT-lər arasında münasibətləri tənzimləyəcək, parlamentin bütün komitələri vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək. Ə. Hüseynli bu əməkdaşlıq nəticəsində QHT-lərin qanunvericilik bazasının formalaşmasına töhfə verəcəklərini vurğulayıb.

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay  Quliyev isə bildirib ki, bu gün vətəndaş cəmiyyəti üçün tarixi gündür, artıq vətəndaş cəmiyyəti elə səviyyəyə çatıb ki, Milli Məclislə əməkdaşlıq edir: “Bu Memorandum nəticəsində QHT-lər təkcə qanun yaradıcılığı prosesinə töhfə verməyəcək, həm də qanunları əhali arasında təbliğ edəcək, vətəndaş cəmiyyəti ilə Milli Məclis arasında daha sıx əlaqələr qurulacaq».

Sonda Şura adından Azay  Quliyev, Milli Məclis adından isə Əli Hüseynli Memorandumu imzalayıblar. 

DİGƏR Xəbərlər Arxiv