YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Həmsədrlər danışıqlar prosesi ilə bağlı səyləri artırmalıdır

«Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər tək Rusiyaya aid deyil. Biz hər zaman digər dövlətlərlə də ikitərəfli münasibətlərə üstünlük vermişik». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası ilə də yaxşı münasibətləri var: "Biz kimləsə daha üstün münasibətlər qurmağa fərq qoymuruq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq".

Z.Əsgərov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. Dağlıq Qarabağ probleminin həlli məsələsinə gəlincə, birinci vitse-spiker deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşündən sonra xüsusi irəliləyiş olmasa da, bu görüşlərin əhəmiyyəti var.

«ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesi ilə bağlı səyləri artırmalıdır. Lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistan silahlı bölmələrinin çıxardılması şərti müstəvisində gedir»- deyə, Z.Əsgərov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv