YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir

«Avropa Şurası Parlament Assambleyasının  tərkibində hansısa dostluq qrupunun yaradılması erməni təbliğatının növbəti təxribatıdır. Ermənipərəst deputatların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, ermənipərəst deputatların AŞPA-dakı qeyri-konstruktiv fəaliyyətləri həmişə olub və yenə də olacaq. Çünki həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir.

«İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə münaqişə ilə bağlı məsələnin məruzəçisi, Böyük Britaniyadan olan deputat ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat AŞPA-nı çətin vəziyyətə salıb. Çünki məruzəçini AŞPA-nın özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir. Ermənipərəst deputatlar insan hüquqlarının pozulması ilə bağlı məsələrdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Təbii ki, bu da alınmayacaq. Çünki insan haqlarından danışanlar obyektiv olmalıdır»- deyə,  S.Seyidov vurğulayıb.