YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir

“Rusiya və NATO hərbi komandanlığının yüksək rütbəli şəxslərinin görüşünün  Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir”. Bu fikir Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, görüş üçün Bakının seçilməsi, sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır. Bu fakt onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır. Onun sözlərinə görə, Bakıda belə görüşlər əvvəllər də təşkil olunub.

“Bu, sadə və asan bir məsələ deyil.  Çünki müxtəlif ziddiyətli tərəflər üçün bərabər məsafələrin saxlanması kiçik coğrafiyalar üçün çətindir. Biz ötən illər ərzində münaqişələri kürükləməməmişik. Əksinə, daha çox tərəflərin yaxınlaşmasına çalışmışıq. Yaxın tariximizə nəzər salanda deyə bilərik ki, ABŞ-la İran arasında vəziyyət gərginləşəndə biz hansısa tərəfin forpostuna çevrilmədik. Həmçinin, 2015-ci i ldə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulandan sonra bu ölkələrin arasında münasibətlər kəskinləşmişdi. Məhz Azərbaycan tərəfi onların münasibətələrinin normallaşması üçün vasitəçilik etdi və müsbət nəticə əldə olundu. Deməli, bu illər ərzində Azərbaycan bu regionda müstəqil məkan formalaşdırmaq  imkanı qazanıb ki, heç bir tərəf tərəddüd etmədən bu məkanı görüş yerinə çevirir. Azərbaycan tərəflərə danışıqlar meydanı verməklə, əslində beynəlxalq müstəvidə sülhə töhfə verməyə çalışır. Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq.  Ən önəmli məsələ odur biz çox arzulayırıq ki, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir eləsin. Biz istəyirik ki, Bakıdan onlar nəticə ilə qayıtsınlar”-deyə, deputat qeyd edib.