YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Viskonsin Ştatının Miluoki Dairəsi Azərbaycanın müstəqillik günü ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə ABŞ-ın Viskonsin Ştatının Miluoki Dairəsinin rəhbəri Kris Abele 2014-cü il oktyabrın 18-nin bu dairədə Azərbaycan Respublikasının Müstəqillik Günü kimi tanınması barədə bəyanat qəbul edib.

Bəyanatda Azərbaycan xalqı bayram münasibətilə təbrik olunur. Həmçinin qeyd edilir ki, 23 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan artıq beynəlxalq aləmdə öz layiqli yerini tutub. Müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycan qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrini qoruyub saxlamaqla məşhurdur.

Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə, bundan əlavə, ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bəyan edilir.

 

DİGƏR Xəbərlər Arxiv