YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan xalqı öz müstəqilliyi ilə qürur duyur

«Azərbaycan xalqı öz müstəqilliyi ilə qürur duyur». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə malik olan xalqdır. Onun sözlərinə görə, bugünkü müstəqilliymiz də möhkəm təməllər üzərində qurulub.

«18 oktyabr 1991-ci ildə dövlət müstəqilliymiz bərpa edildi. Amma onu da Azərbaycan Xalq Cümhuriyyətinin taleyi gözləyirdi. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən xilas oldu. Bu gün Azərbaycan dövləti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərfindən uğurla inkişaf edir. Azərbaycan artıq dünyada nüfuzlu, söz sahibi olan dövlətdir»- deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv