YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələr yarandığı 15 il ərzində müəyyən inkişaf yolu keçib

«Azərbaycanda bələdiyyələr yarandığı 15 il ərzində müəyyən inkişaf yolu keçib». Bu fikri Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  deyib.

A.Rəhimzadə bildirib ki, bütün bələdiyyələr heç də vəzifələrinin öhdəsindən gəlmirlər. Onun sözlərinə görə, bəzi bələdiyyələr büdcələrini formalaşdıra bilmirlər və əhalinin problemlərinin həlli üçün lazımi imkanları olmur.

«Bununla bağlı oktyabrın 28-də Milli Məclisdə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu müzakirə ediləcək. Qanunda bələdiyyələrin daşınmaz əmlaka görə müəyyən vergilər tuta biləcəyi nəzərdə tutulur. İndiyədək bu vergi binaların balans dəyəri ilə müəyyənləşdirdi. İndi isə bələdiyyə hər kv.m.-ə uyğun olaraq öz vergisini alacaq. Nəzərdə tutulur ki, bu vergi nağd yox, bank və poçt vasitəsilə ödənilsin»- deyə, komitə sədri vurğulayıb.