YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mövqeyinin ABŞ ictimaiyyətinə çatdırılması üçün ABŞ-Azərbaycan Konvensiyası mühüm platformadır

ABŞ-Azərbaycan Konvensiyası iki ölkə arasında münasibətlərin bütün sahələrdə - siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində müzakirəsi üçün gözəl bir imkandır. Bu tədbir Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin ABŞ-ın siyasi, ictimai, elmi dairələrinə çatdırılması üçün mötəbər platformadır.

Bütün tərəfdaşları ilə bərabər hüquqlar əsasında münasibətlər quran Azərbaycan Respublikası Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Qərb ölkələri və şirkətləri ilə ən fəal əməkdaşlıq edən ölkədir. Azərbaycan enerji sahəsindən tutmuş beynəlxalq terrorizmlə mübarizəyə qarşı etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Bütün bunların qarşılığında isə biz Qərbdən, o cümlədən ABŞ-dan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini gözləyirik. Lakin təəssüf ki, bu heç də hər zaman belə olmur. Bu gün Qərbin Krımla bağlı göstərdiyi birmənalı və sərt mövqeyini Dağlıq Qarabağ ilə bağlı müşahidə etməmişik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması Qərbdə heç kəsi narahat etmir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olmasına biganə qalanlar nədənsə Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalmasından narahat olur və bu sərhədlərin açılması üçün əlindən gələni edirlər, Dağlıq Qarabağda separatçılara maliyyə yardımı ayırırlar. Buna görə də bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyinin ABŞ ictimaiyyətinə çatdırılması üçün ABŞ-Azərbaycan Konvensiyası mühüm platformadır və tədbirin 2 günlük işində gündəlikdə dayanır.