YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin məhkum olunmuş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrasına başlanılıb

Azərbaycan Respublikası Prezidentinin oktyabrın 17-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən oktyabrın 18-də icra olunmağa başlanıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 80 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad olunub.

Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, insan hüquqları üzrə müvəkkilin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədləri təqdim edib.

Azadlığa çıxan şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxınları əfv olunmalarına və göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv