YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Gənclərin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər reallaşdırılır

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu gənclərin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər reallaşdırır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı  bildirib ki, Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan “Şəhadət” və “Vəhdət” filmləri bu gün də maarifləndirmə məqsədi ilə hərbi hissələrdə və gənclərin iştirak etdiyi müxtəlif tədbirlərdə nümayiş olunur. Onun sözlərinə görə, radikalizmlə bağlı çəkilən filmlərlə ölkədəki dini durum, dövlət-din münasibətləri, radikal dini qruplar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq olar. “Oxu” filmi də məhz gəncləri xurafat deyilən bəladan uzaq tutmaq üçün hazırlanıb.

“Son dövrdə radikal dini qruplar ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər.Bəzi ölkələrdə hətta buna nail də olublar. Bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görmək olar. Radikal dini qruplar olduqca təhlükəlidir. Ona görə də buna qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları lazımi addımlar atırlar"-deyə, M.Qurbanlı vurğulayıb.