YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır

Zimbabve Prezidenti Emmerson Mnanqaqva hesab edir ki, onun Azərbaycanın lideri İlham Əliyevlə Bakıda keçiriləcək danışıqları məhsuldar olacaq. Bunu Prezident Emmerson Mnanqaqva bəyan edib.

Bundan əvvəl Zimbabve Prezidentinin Bakıya səfər edəcəyi məlum olub. O vurğulayıb: “Mən cənab İlham Əliyevlə görüşümü səbirsizliklə gözləyirəm. Danışıqların məhsuldar olacağını hesab edirəm”. Zimbabve Prezidenti Emmerson Mnanqaqva əlavə edib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə kənd təsərrüfatı və neft-qaz sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

E.Mnanqaqva Azərbaycan haqqında çoxlu məlumata malik olduğunu da diqqətə çatdırıb. “Bu ölkənin zəngin tarixi, mədəniyyəti var, iqtisadiyyatı sürətlə inkişaf edir. Ona görə bizim ölkəmiz Bakı ilə əməkdaşlıqda çox maraqlıdır. Ümidvaram ki, bu sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq imkanları həyata keçiriləcək”, -deyə Zimbabve Prezidenti vurğulayıb.

Zimbabvenin dövlət başçısı daha sonra qeyd edib: “Zimbabve Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır və biz bu istiqamətdə mühüm addımlar atırıq. Belə ki, bu gün ölkələrimiz neft-qaz sahəsində və kənd təsərrüfatında qarşılıqlı anlaşma haqqında memorandumun üzərində iş aparırlar”. E.Mnanqaqva onu da bildirib ki, bu sənəd yaxın vaxtlarda imzalanacaq.