YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti iclası oktyabrın 21-22-də Bakıda keçiriləcək

Oktyabrın 21-22-də Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçiriləcək.

Tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər müzakirə olunacaq. Həmçinin MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi də təsdiqlənəcək.