YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Bəhramov: Alimlərimizin Rusiyada apardığı müzakirələr çox faydalı oldu

Bu yaxınlarda Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimr Jirinovskinin dəvəti ilə bir qrup tarixçi-alim Moskvada səfərdə olub. Bu barədə yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib.

C.Bəhramov qeyd edib ki, səfər çərçivəsində Rusiya Dövlət Dumasında «dəyirmi masa» təşkil olunub. Onun sözlərinə görə, «dəyirmi masa»da Rusiya-Azərbaycan münasibətləri, əlaqələrin tarixi, müasir dövrdə əməkdaşlıq  məsələləri vəs. müzakirə edilib.

«Hesab edirəm ki, bu görüş səmərəli oldu və gələcək əməkdaşlağın inkişafı baxımından müsbət nəticələr verəcək. Qərara gəlindi ki, belə görüşlər gələcəkdə də davam etdirilsin. Artıq ilkin razılaşma var və yaxın vaxtlarda Dövlət Dumasının bir neçə deputatının Bakıya səfəri gözlənilir. Keçirilən görüşlər  zamanı biz Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxladıq. Qeyd olundu ki, Rusiya ATƏT-in Minsk qrupunun  həmsədri kimi münaqişənin ədalətli, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmalıdır. Fikrimcə, bu tipli müzakirələr Dövlət Dumasının digər fraksiyaları ilə də aparılsa, çox effektli olar. Ona görə də, xüsisilə «Yedinaya Rossiya» fraksiyasını da prosesə cəlb olunmasını istəyirik. Ümumilikdə, alimlərimizin Rusiyada apardığı müzakirələr çox faydalı oldu»- deyə, C.Bəhramov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv