YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Struktur islahatları aqrar sahənin inkişafına ciddi təsir göstərəcək

«Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Azərbaycan Prezidentinin Sərəncamı böyük əhəmiyyət kəsb edir. Bu sərəncam ölkədə aqrar sahədə inkişafı daha da sürətləndirəcək. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri zərurətdən irəli gəlir. Onun sözlərinə görə, bu islahatlar nəticəsində nazirlik daha dinamik fəaliyyət göstərəcək.

«Struktur dəyişikliyi ona gətirib çıxaracaq ki, kənd təsərrüfatı sahəsində operativ idarəetmə yaranacaq. Bunun nəticəsində də kənd təsərrüfatında məhsuldarlığın artımı təmin olunacaq. Struktur dəyişiklikləri nəticəsində rayonlarda Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələri yaradılacaq ki, bu da çevik bir idarəetmənin təmin edilməsində vacib rol oynayacaq. Bu baxımdan, dövlət başçısının sərəncamı çox əhəmiyyətlidir. Aqrar sahənin qeyri-neft sektorunda xüsusi yer tutduğunu nəzərə alsaq ki, bu sahənin inkişafı istiqamətində atılan addımlar çox vacibdir. Çünki hazırda ərzaq təhlükəsizliyi dünyada qlobal problemə çevrilib. Təbii ki, Azərbaycan dövləti bu reallığı nəzərə alaraq ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. Qeyd etdiyimiz islahatlar da kənd təsərrüfatında daha böyük nəticələr əldə etmək məqsədi daşıyır. Hesab edirəm ki, bu islahatlar nəticəsində nəinki özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik, eləcə də xaricə ixrac potensialımız daha da artacaq»- deyə, komitə sədri vurğulayıb.