YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“ASAN xidmət”in uğurları Lordlar Palatasının rəsmi hesabatında nümunə kimi göstərilib

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən innovativ Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) haqqında təqdim edilən məlumat Böyük Britaniya parlamentinin Lordlar Palatasının elektron bacarıqlar üzrə komitəsinin hazırladığı rəsmi hesabatda dərc edilib. Məlumat Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tərəfindən təqdim edilib.

L.Zetter deyib ki, Böyük Britaniya hökuməti də “ASAN” modelinin nailiyyətlərindən bəhrələnə bilər. İctimai xidmətlər üçün mərkəzi və yerli hökumət büdcələrinin azaldıldığı, lakin ictimaiyyətin hələ də yüksək standartlara cavab verən xidmətlər gözlədiyi Böyük Britaniyaya münasibətdə bu cür yanaşmaların konseptuallaşdırılması məqsədəuyğun olardı. Sənəddə qeyd edilir ki, “ASAN xidmət” kimi innovasiyalar xidmət göstərənlər arasında bölüşülən məlumat həcminin artması və bununla səmərəliliyin yüksəlməsi və qiymətlərin aşağı salınmasına xidmət edir.

Təqdim olunan məlumata əsasən, “ASAN xidmət”lə bağlı bütün ödənişlər internet vasitəsilə həyata keçirilir və göstərilən xidmətlərin keyfiyyəti və sürəti Böyük Britaniyadakından daha yüksəkdir. Rəqəmsal innovasiyalar vasitəsilə xidmətlər daha da çevik və səmərəli olub və korrupsiya əməliyyatları üçün imkanlar aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, hazırda Böyük Britaniyada pilot mərhələsində olan “Universal Credit” əməliyyat konsepsiyasının da həyata keçirilməsinə start verilib.

Hesabatda məqsədi korrupsiya hallarının aradan qaldırılması və səmərəliliyin artırılması olan “ASAN” konsepsiyası haqqında ətraflı məlumat verilir. Bildirilir ki, “ASAN xidmət” mərkəzləri tamamilə şəffaf, korrupsiyadan azad zonalardır. Mərkəzlər müxtəlif dövlət qurumlarını bir araya gətirərək ictimai xidmət göstərir. Vurğulanır ki, hesabatlılıq “ASAN xidmət”in təməl daşıdır.

 

DİGƏR Xəbərlər Arxiv