YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İranla birlikdə alternativ və bərpa olunan enerji layihələri həyata keçirəcək

Azərbaycan İranla birlikdə üç alternativ və bərpa olunan enerji layihəsi həyata keçirəcək. Bu layihələrə Xorasan istiqamətində külək elektrik stansiyalarının, Savalan dağının ətəklərində 100 meqavatlıq termal su elektrik stansiyasının qurulması və hər iki ölkənin enerji effektivliyinin təmin olunmasında qaz resurslarından birgə istifadə daxildir.

Bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov məlumat verib. A.Bədəlov bildirib ki, artıq bununla əlaqədar Dövlət Agentliyinin nümayəndələri İrana ezam olunublar. Hazırda danışıqlar aparılır və yaxın gələcəkdə layihələr hökumətə təqdim olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv