YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lakşmi Puri: Azərbaycan BMT və onun qurumları ilə sıx əməkdaşlıq edir

Bakıda keçirilən “İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransında iştirak etmiş BMT baş katibinin köməkçisi və qurumun qadınlar təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri deyib ki, Azərbaycan BMT və onun qurumları ilə sıx əməkdaşlıq edir.

L.Puri bildirib ki, qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, liberallaşma və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Azərbaycan kimi iqtisadiyyatı gündən-günə güclənən ölkələrdə təhsil, səhiyyə və digər sahələrdə keyfiyyətin artırılmasının vacib addımlardan biri olduğunu qeyd edən L.Puri deyib ki, son illərdə ölkədə sosial problemlərin səmərəli həllində mühüm irəliləyişlərə nail olunub.

BMT baş katibinin köməkçisi vurğulayıb ki, 2030-cu ilə qədər qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının artırılması və digər sahələrdə müvafiq qərarlar qəbul olunmalıdır. Təəssüf ki, qadınlara və uşaqlara qarşı zorakılıq halları və onların hüquqlarının pozulması hələ də davam edir. Biz qadınların hüquqlarının tapdalanması hallarının qarşısını ala bilərik və bu istiqamətdə səylərimizi gücləndirməliyik. Bakıda keçirilən konfrans bu məsələdə yolların müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.