YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neboyşa Rodiç: Azərbaycan hazırda dünyada dirçəlməkdə olan beş enerji bazarından birinə malikdir

Serbiyanın “b92” xəbər portalında bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Neboyşa Rodiçin ölkəmizlə bağlı fikirlərinin yer aldığı məqalə yerləşdirilib.

Son dövrlərdə Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artdığını vurğulayan səfir deyib ki, xüsusilə Avropanın alternativ qaz ehtiyatlarına ehtiyacı olduğu bir vaxtda bu əlaqələr ön plana çıxıb. Azərbaycan hazırda dünyada dirçəlməkdə olan beş enerji bazarından birinə malikdir.

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrə toxunan N.Rodiç indiyədək 24 ikitərəfli sazişin imzalandığını, ticarət dövriyyəsinin həcminin getdikcə artdığını qeyd edib. Bildirib ki, gələn il Bakıda keçirilməsi nəzərdə tutulan biznes forumda ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq. Ölkələrimiz arasında hərbi, müdafiə sənayesi və digər sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur.

Diplomat Serbiya hökumətinin hər zaman Azərbaycan ilə sıx əlaqələr qurduğunu və xalqlarımız arasında yaxın dostluq münasibətlərinin olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın Serbiya ilə tarixən oxşar cəhətləri var. Hazırda Azərbaycan dünyanın müxtəlif ölkələrindən rəsmilərin, dövlət və hökumət başçılarının bir araya gələrək önəmli mövzuları müzakirə etdiyi bir məkana çevrilib.