YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.