YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyır

“Dövlət başçısı tərəfindən minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyır”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, sərəncamın qüvvəyə minməsi ilə ölkəmizdə 400 mindən çox vətəndaşın əməkhaqqı yüksələcək. Eyni zamanda, Prezidentin Sərəncamının növbəti bir bəndi ilə özəl sektorda çalışanların da əməkhaqlarının buna uyğunlaşdırılması ilə bağlı özəl sektorların rəhbərləri müvafiq tədbir görməlidirlər.

“Beləliklə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət başçısının bu sərəncamının çox böyük əhəmiyyəti olacaq. Prezident İlham Əliyev sosial sahə ilə bağlı ardıcıl, mütəmadi və davamlı olaraq tədbirlər görür və tapşırıqlar verir. Bu, bir daha onu göstərir ki, Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür. Onun həyata keçirdiyi siyasətin başlıca məqsədi və hədəfi ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bütövlükdə sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir”-deyə, M.Quliyev vurğulayıb.