YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir

“Son illər ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir. Ötən illərdə olduğu kimi, 2019-cu ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və maaşların artırılmasıdır. Bir neçə gün əvvəl Prezidentin minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamları və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı, eləcə də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi qərarı dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu”. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, Azərbaycan sosialyönümlü dövlətdir və Prezident İlham Əliyevin vurğuladığı kimi  Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə, xüsusilə son vaxtlarda apardığı məqsədyönlü islahatları ilə, ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla Ulu öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür.

“Belə ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Bu, özünü təkcə fikirlərdə deyil, əməli fəaliyyətdə də göstərir. Əhalinin sosial şəraitinin qorunması sahəsində görülən işlərin məcmusu bu barədə deyilənlərə ən yaxşı misaldır. Təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir”-komitə sədri vurğulayıb.