YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Fevralın 22-də  Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Ağstafa təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev bildirib ki, Xocalı soyqırımı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun  366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Musa Qocazadə çıxış edərək bildirib ki, hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, bir sıra ölkələr Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Tədbirdə daha sonra Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev, Təhsil şöbəsinin baş məsləhətçisi Əli Cəfərov, Gənclər və İdman idarəsinin nümayəndəsi Turan Hüseynov və digər çıxış edənlər də Xocalı qətliamının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.