YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib.

Əvvəlcə partiyanın yaradıcısı, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək partiyanın hansı çətin şəraitdə yaradılması haqqında danışıb, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın yaradılmasının tarixi zərurət kimi meydana çıxdığını deyən Ş.Hacıyev diqqətə çatdırıb ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürüb. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi olub. YAP artıq siyasi qüvvə kimi siyasi meydanda öz fəaliyyətinə başladı və qarşıda duran əsas vəzifə təşkilatlanmaq məsələsi idi. Ümummilli lider Heydər Əliyev partiya üzvlərinin qarşısına bütün ölkə ərazisində partiyanın regional təşkilatlarının yaradılması məsələsini qoydu. Cəmi yeddi aydan sonra YAP iqtidar partiyasına çevrildi.

Şəmsəddin Hacıyev bildirib ki, bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. YAP-ın yaranması nəinki respublikamızda və Cənubi Qafqazda, ümumiyyətlə, yaxın coğrafiyada bir fenomenə çevrilib. YAP bu gün böyük qüvvəyə malik olan siyasi təşkilatdır. Dahi Heydər Əliyev deyib ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır. YAP bu kəlamı öz fəaliyyəti ilə doğrultdu.

Qeyd edilib ki, Ulu Öndərin dövlətimiz qarşısında tarixi xidmətlərindən biri də hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi həyatın inkişafına güclü təkan verən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası olub.

Sonra YAP Səbail rayon təşkilatının tarixi, ictimai, siyasi, sosial və mədəni fəaliyyəti haqqında təqdimat nümayiş olunub.

Daha sonra ötən dövr ərzində YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən üzvlərin mükafatlandırılması mərasimi olub. Tədbirdə, həmçinin YAP-a yeni üzv qəbul edilmiş üzvlərə vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv