YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Nağısoylu: Azərbaycan ədəbi dilinin zənginləşməsində dahi şair Nəsiminin böyük xidmətləri olub

“Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Ulu öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan Ümumimilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, Nəsimi irsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə bizim İnstitutumuza Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb.

“Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi Ulu öndərin ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirimək olar”-deyə, akademik vurğulayıb.