YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda Volqa və Xəzərdə kruiz turizminin inkişafına dair regionlararası forum keçiriləcək

Rusiya Federasiyasının Həştərxan vilayətində Volqa və Xəzərdə kruiz turizminin inkişafına dair regionlararası forum keçiriləcək.

Regionlararası forum fevralın 25-27-də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.

Forumda Volqa çayı boyu turistlərin daşınması, Xəzər dənizində sərnişin gəmiçiliyi, kruiz donanmasının yaradılması, daxili su yollarında infrastrukturun inkişafı, kruiz marşrutlarının yaradılması məsələləri müzakirə olunacaq.

Regionlararası forum çərçivəsində Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin kruiz turizmi operatorları ilə birgə hazırladığı Rusiya Federasiyasında kruiz turizminin uzunmüddətli inkişafı Konsepsiyasının əsas müddəaları ətrafında fikir mübadiləsi aparılacaq.