YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda aqrar sektorun gələcək inkişaf strategiyası təhlil edilir

Azərbaycanda kənd təsərrüfatı sahəsinin gələcək inkişafını layihələndirmək məqsədi ilə oktyabrın 23-də Bakıda strategiyanın təhlilinə həsr olunan seminar işə başlayıb.

BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar kənd yerlərinin inkişafı, iş yerlərinin və güclü kənd icmaların yaradılmasını stimullaşdıran istiqamətlərin və alətlərin müəyyən edilməsi məqsədi ilə təcrübələrin bölüşməsinə imkan yaradır.

Kənd təsərrüfat naziri Heydər Əsədov, İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar çıxış edərək əməkdaşlıq əlaqələrindən, Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafından danışıblar.

Bildirilib ki, İFAD kənd təsərrüfatı strategiyasına (“2014-2020 illərdə Azərbaycan Respublikasında Aqrobiznesin İnkişafı Strategiyası”) uyğun olaraq kənd yerlərini inkişaf etdirmək məqsədi ilə yeni və innovativ yanaşmalara əsasən fəaliyyət göstərəcək. Azərbaycanda İFAD tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sahəsi üzrə dəyər zəncirinin gücləndirilməsinə və bu sektorun inkişafına yönələcəkdir.

İFAD-ın Azərbaycanla tərəfdaşlığı 1997-ci ildən başlanıb. İndiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqram və layihələrdən faydalanıb.