YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Çoxmənzilli binaların sənədləşməsi məsələsinə son qoyuldu

Uzun illər vətəndaşları narahat edən mənzillərin sənədləşməsi məsələsinə son qoyuldu.

İqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə bu danışan Prezident İlham Əliyev uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən birinin də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi ilə bağlı olduğunu deyib.

“Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.