YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belçika arasında əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Belçika arasında əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqqında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verib və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edib.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.