YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvanın Azərbaycandakı səfiri: Azərbaycanla Litva nəqliyyat üzrə əlaqələrin qurulması istiqamətindədir

Azərbaycan və Litva nəqliyyat sahəsində əlaqələrin qurulması istiqamətində işləyir.

Bunu Azernews və Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfir bu baxımdan Klaypeda limanında işə salınmış və Baltik dənizi regionunu əhatə edəcək "Vikinq" layihəsinin əhəmiyyətini qeyd edib:

"Hazırda bu layihə Belarus, Ukrayna, Litva və Skandinaviyadakı digər tərəfdaş ölkələrdə populyardır".

Səfir əlavə edib ki, "Vikinq" layihəsini "Cənub-Qərb" və "Şərq-Qərb" kimi nəqliyyat dəhlizləri ilə əlaqələndirmək üçün yaxşı imkan var.

İki ölkə arasında İKT sahəsində əməkdaşlıq barədə danışan V.Lastauskas qeyd edib ki, bu, yaxşı praktika ola bilər, çünki Azərbaycan elektron hökumətin yaradılmasında yaxşı təcrübəyə sahibdir:

"Litva Azərbaycanda İKT sahəsinə investisiya qoymaqda maraqlıdır. Litva və Azərbaycan həmçinin kənd təsərrüfatı sektorunda gələcək əməkdaşlıq üçün potensiala malikdir".

Hər iki ölkənin iqtisadiyyatına investorların marağının artırılmasının yolları barədə danışan diplomat Vilnüsdə və Bakıda səfirliklər tərəfindən təşkil olunmuş tədbirlərin əhəmiyyətini, həmçinin Sumqayıt Texnologiyalar Parkında bir çox sərmayədarların iştirak etdiyi son tədbiri xüsusi vurğulayıb.