YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laşa Jvaniya: Azərbaycan Gürcüstanın dostu və strateji tərəfdaşıdır

Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur. Qafqaz bizim ümumi evimizdir. Ölkələrimizin ümumi problemləri də var.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Laşa Jvaniya Prezident Salome Zurabişvilinin Azərbaycana səfərini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakıda keçirəcəyi görüşlərdə strateji tərəfdaşlığın perspektivləri, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri, eləcə də regionda mövcud problemlər əsas müzakirə mövzusu olacaq.